“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
ZAKİR FƏRƏCOVDAN MƏDƏNİYYƏTƏ VƏ ŞAİRƏ DİQQƏT – VÜQAR RAHİ İLƏ SƏMİMİ GÖRÜŞ
Bəzən bir şairin misraları bütöv bir şəhərin yaddaşına çevrilir...
“Mənə biraz ondan danış” şeirinin müəllifi, Sumqayıtın tanınmış şairi Vüqar Rahi bu gün şəhərin icra başçısı Zakir Fərəcovla görüşüb.
Görüşdə şəhər rəhbəri şairin yaradıcılığı ilə yaxından tanış olub, onun ədəbi fəaliyyəti, yaradıcılıq yolu və qarşılaşdığı sosial problemlərlə maraqlanıb.
Bu görüşü sadəcə bir şairlə görüş kimi qiymətləndirmək doğru olmaz. Çünki şairə göstərilən diqqət əslində sözə, sənətə, mədəniyyətə və milli-mənəvi dəyərlərə göstərilən diqqətdir.
Şairlər cəmiyyətin görünməyən yaddaşıdır. Onlar zamanın ağrılarını, insanların duyğularını, şəhərlərin taleyini sözə çevirirlər. Bəzən bir misra illərlə insanın yaddaşında yaşayır, bir şeir isə bir nəslin duyğusuna çevrilir.
Azərbaycan dövlətinin mədəniyyət və sənət adamlarına diqqət və qayğı siyasəti də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. *Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradıcı insanlara göstərilən dövlət qayğısının əsas məqsədlərindən biri milli mədəniyyətimizin, ədəbiyyatımızın və sənətimizin yaşadılmasıdır.
Vüqar Rahi ilə görüş də bu münasibətin yerli səviyyədə təzahürlərindən biri kimi diqqət çəkir.
Çünki şairi dinləmək — şəhərin ruhunu dinləməkdir.
Şairin problemini görmək — söz adamının arxasında dayanan insanı görməkdir.
Şeirə dəyər vermək isə millətin mənəvi yaddaşına dəyər verməkdir.
Sumqayıtın şairinə göstərilən bu diqqət, ümid edək ki, onun yeni misralarında da öz əksini tapacaq.
Bəzən bir şəhərin rəhbərinin bir şairə uzatdığı əl, illərlə susmayan bir qələmin yenidən güclə yazmasına səbəb olur...
Şəfəq Ağacan





















































