Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq

Fransanın avtomobil sənayesinin simvollarından olan “Citroen 2CV” təxminən 40 illik fasilədən sonra tam elektrik versiyasında yenidən istehsala qayıtmağa hazırlaşır. Modelin 2028-ci ilin sonunadək satışa çıxarılması gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 13-dən 18-dək Parisdə keçiriləcək Beynəlxalq Avtomobil Sərgisində təqdim olunacaq konsept avtomobil klassik dizaynı və təxminən 15 min avroluq qiyməti ilə diqqət çəkir.
V formalı kapot, dik ön şüşə və dairəvi faralar onun orijinal görünüşünü qoruyur.
İlk dəfə 1948-ci ildə satışa çıxarılan “2CV” 1990-cı ilədək istehsal olunub və ümumilikdə beş milyondan çox nüsxəsi buraxılıb.
“Stellantis” şirkəti yeni avtomobilin çəkisini bir tondan aşağı saxlamağı və onu gündəlik istifadə üçün nəzərdə tutulan kiçik batareya ilə təchiz etməyi planlaşdırır. Furqon versiyasının istehsalı da nəzərdən keçirilir.
“Citroen”in baş direktoru Ksavye Şardon bildirib ki, “2CV” avadanlıqlarına görə deyil, insanlara yaratdığı imkanlara görə əfsanəyə çevrilib.





















































