Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda könüllü gənclərin bilik və bacarıqlarının artırılması, intellektual və şəxsi inkişafının dəstəklənməsi məqsədilə silsilə tədbirlər həyata keçirilib.
Layihə 20 şəhər və rayonu əhatə edib. Layihə çərçivəsində Hacıqabul, Sabirabad, Xaçmaz, Quba, Sumqayıt, Biləsuvar, Qax, Qəbələ, Zaqatala, Göyçay, Ağdaş, Qazax, Gəncə, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran və Astarada müxtəlif öyrədici fəaliyyətlər təşkil olunub.
Layihənin ilk mərhələsində keçirilən təlimlər vasitəsilə gənclərin liderlik, komanda işi, ünsiyyət və digər fərdi bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Növbəti mərhələdə isə onların intellektual potensialının və dünyagörüşünün genişləndirilməsi məqsədilə müxtəlif intellektual oyunlar təşkil olunub.
Layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən könüllü gənclərin bilik və bacarıqlarının artırılması, intellektual və şəxsi inkişaf imkanlarının genişləndirilməsi, təşəbbüskarlığının və sosial fəallığının təşviq edilməsi, eləcə də könüllülük fəaliyyətində daha fəal iştirakına şərait yaradılması olub.
Layihə çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 600-dən çox gənc cəlb olunub. Regionlarda həyata keçirilən fəaliyyətlər gənclərin yeni bilik və bacarıqlar əldə etməsinə, intellektual potensialının və dünyagörüşünün inkişafına, sosial fəallığının və könüllülük fəaliyyətində iştirakının artırılmasına töhfə verib.
Xezertv.info





























































