Menu
Xəbər Lenti
“Azeri Light” ucuzlaşdı
10-10-2026, 09:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 08:30

Neftimiz bahalaşdı

14 Ekm 06:39Manşet / Sosial

Bir sıra ərazilərdə işıq olmayacaq - Yenilənib

bir-sira-erazilerde-isiq-olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

“Binəqədi RETSİ-nə daxil olan 9-cu mikrorayon Mir Cəlal küçəsinin bəzi ərazilərində 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq”, - deyə məlumatda qeyd edilib.

***

“Azərişıq” ASC-nin məlumatına görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yevlax Elektrik Şəbəkəsində (EŞ) 10 kV-luq "Quşçuluq" və 35 kV-luq "Xanabad" hava xətlərində təmir işləri aparılacaq.

Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 14:00-dək rayonun Kövər kəndinin bir hissəsində və Yevlax-Bərdə şossesinin kənarında yerləşən bəzi yaşayış masivvlərində, saat 10:00-dan 12:00-dək Aşağı Bucaq, Xanabad, Qaraoğlan, Qəribli, Quşçu, Meyvəli, Yuxarı bucaq kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.