“Sülhə hər zamankından daha yaxınıq”
“Rusiya-Ukrayna müharibəsində sülhə hər zamankından daha yaxınıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil olunan dəyirmi masada media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O, Rusiya-Ukrayna müharibəsinin yekunlaşdırılması istiqamətində vacib mesajlar verib. Dövlət başçısı Moskva ilə təmasların intensivləşdiyini və tərəflərin razılığa gəlməyə çox yaxın olduğunu vurğulayıb.
Tramp Rusiya lideri Vladimir Putinlə keçirdiyi son telefon danışığına toxunub: “Keçən gün Vladimir Putinlə Ukraynadakı müharibənin həlli yollarını müzakirə edirdim. Düşünürəm ki, razılaşmaya doğru ciddi addımlar atılır. Bəlkə də, hazırda münaqişənin həllinə indiyədək olduğundan çox daha yaxınıq”.
Tramp əvvəlki açıqlamalarına istinad edərək Moskvanın Kiyevlə müqayisədə sülh sazişi bağlamağa daha hazır göründüyünü qeyd edib. O, həmçinin Rusiya və Çinin İran ətrafında gedən proseslərə qarışmamasından, xüsusilə də Rusiyanın öz potensialına rəğmən müdaxilə etməməsindən məmnunluğunu dilə gətirib.





















































