Xəbər Lenti
Salyanda kişini cərəyan vurub öldürdü
Ötən gün Salyan rayonunun Çadırlı kəndində bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Vaqif Hüseyn oğlu Məmmədov fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərinin çəkilməsi işlərini yerinə yetirərkən cərəyanın təsirinə məruz qalıb.
O, hadisə nəticəsində ölüb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.





















































