Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 07:04

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 06:55

Şəhid atası vəfat etdi

05 Kas 06:56Manşet / Dünya

Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi

 

İspaniyada 69 nəfərin həyatına son qoyan sürətli qatar qəzasından sonra ölkədə istefalar davam edir.

“Qafqazinfo” xəbər verir ki, nəqliyyat naziri Oskar Puente Santyaqonun istefasından sonra dəmir yolu infrastrukturundan məsul ADIF təşkilatının rəhbəri Luis Pedro Marko de la Pena da vəzifəsindən ayrılıb.

De la Pena istefa ərizəsini Baş nazirin müavini və iqtisadiyyat naziri Karlos Kuerpoya təqdim edib. Kuerpo həmçinin Puentenin yerinə müvəqqəti olaraq nəqliyyat və davamlı mobillik naziri təyin olunub.

Qeyd edək ki, oktyabrın 28-də Toledo yaxınlığında baş verən qəza zamanı Madrid-Sevilya xəttində hərəkət edən “Renfe AVE” qatarı saatda təxminən 200 kilometr sürətlə gedərkən siqnal sistemindəki nasazlıq səbəbindən relslərdə dayanan digər qatara çırpılıb. İlkin araşdırmalara görə, faciəyə əsas səbəb insan səhvidir.

Əlavə edək ki, bu il İspaniyada baş verən iki böyük qatar qəzasında ümumilikdə 115 nəfər həyatını itirib.