Xəbər Lenti
Bugün, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 07:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
86 Vətən müharibəsi iştirakçısı amnistiyaya düşüb
Zəfər Günü ilə bağlı ötən ilin noyabrında başlayan və dörd ay davam edən Amnistiya Aktının icrası başa çatıb.
Ədliyyə Nazirliyində keçirilən brifinqdə bildirilib ki, akt ümumilikdə 15 450 nəfərə şamil edilib. Onlardan 735-i qadın, 45-i yetkinlik yaşına çatmayanlar olub. Amnistiyaya düşən şəxslər arasında 86 nəfər Vətən Müharibəsi iştirakçısı da var.
Qeyd edək ki, müstəqillik dövründə Azərbaycanda 7 Amnistiya Aktı qəbul olunub və ümumilikdə 80 minə yaxın insana şamil edilib.























































