Xəbər Lenti
Bugün, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Bugün, 07:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
13-10-2026, 14:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 10:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Cəlilabadda Novruz şənliyində Şaxta baba iştirak edib? - Açıqlama
Cəlilabad Rayon İcra Hakimiyyətinin Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirdə çəkilən fotoşəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia olunur ki, rayonda Novruz şənliyində Şaxta baba da iştirak edib.
Şəkildən görünür ki, mavi geyimli və ağ saç-saqqalı olan personaj tonqal ətrafında dövrə vurur, keçəlin əlindən tutaraq rəqs edir. Tədbirə icra başçısı Rafiq Cəlilov da qatılıb. Hətta iddia olunur ki, mərasimə Şaxta babanın çağırılması onun ideyasıdır.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İnformasiya təminatı və təhlili sektorunun müdiri Elvin Əmirov saytımıza bildirdi ki, müzakirələrə səbəb olan personaj Şaxta baba yox, Dədə Qorquddur: “Həmişə Novruz şənliklərində Dədə Qorqud personajı iştirak edib. Geyimi də adətən, ağ rəngdə olur, bu dəfə göy rəngdə olub. Havaların soyuq keçməsi ilə əlaqəli tədbirə Şaxta babanın gətirilməsi haqda məlumat həqiqətə uyğun deyil”.























































