Xəbər Lenti
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 07:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
Kökəlmənin gözlənilməz səbəbləri məlum olub
Dietoloq Safa Kamran siqaret və spirti içkiləri daxili orqanlarda piylərin yığılmasının səbəbləri sırasına dail edib.
Mütəxəssisin fikrincə, qarın piyləri təkcə düzgün olmayan qidalanmaya görə yığılmır.
“Siqaret çəkmə qarın piyinin yığılması riskini artıran digər vacib bir amildir. Bu, siqaret tüstüsünün tərkibindəki zərərli maddələrlə bağlıdır ki, onlar təkcə sağlamlığa deyil, həm də bel ölçüsünə mənfi təsir göstərir”, - deyə həkim bildirib.
Digər risk faktoru kimi Kamran spirtli içkilərdən danışıb.
“Nə qədər çox içsən, arıqlamaq bir o qədər çətin olacaq. İçdiyiniz alkaqolun miqdarını mümkün qədər məhdudlaşdırmağa çalışmalısınız”, - deyə diyetoloq qeyd edib.
Ekspert vurğulayıb ki, qarındakı yağlar hətta oturaq həyat tərzi ilə də yığılmağa başlayır. Odur ki, gündəlik fiziki fəaliyyətlə bunun qarşısını almaq olar.























































