Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək
İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku turniri təşkil edəcək.
Yarış Azərbaycanın ilk onlayn qanuni mərc saytı “eTopaz”ın baş sponsorluğu ilə keçiriləcək.
Məqsəd İAM-ın və “eTopaz”ın 10 illik yubileyini, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni, eləcə də turnir günlərinə təsadüf edəcək 9 May – Faşizm üzərində Qələbə Günü, 28 May – Müstəqillik Günü, mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum gününü qeyd etmək, jurnalistlər arasında münasibətləri daha da yaxşılaşdırmaq, bu idman növünün təbliği, futbolun kütləvililiyinin artırılması, asudə vaxtlarının səmərəli təşkilinə mənəvi dəstək olmaqdır.
Yarışda yalnız jurnalistlər iştirak edə bilərlər. Komandalar püşkatma yolu ilə “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Laçın”, “Kəlbəcər”, “Ağdam” və “Şuşa” adlanacaq və hər birinə təşkilatçı tərəfindən geyim forması (futbolka və şortik) veriləcək. Oyunçuların yalnız həmin formalarla meydana çıxa biləcəklər.
Qalib komandaya Zəfər Kuboku və 2 000 manat pul mükafatı (hər bir oyunçuya 250 manat), 2-ci yeri tutana isə 1200 manat pul mükafatı (hər bir oyunçuya 150 manat) veriləcək.
Yarış 4 may – 19 iyun tarixlərində keçiriləcək.






















































