Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti Lənkəran şəhəri, Göyşaban kəndinin ərazisində “Fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib.
Təlimdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti ilə yanaşı, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri də iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlararası qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi, komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılması, şəxsi heyətin fövqəladə hallarla mübarizə üzrə vərdişlərinin yüksəldilməsi olub.
Təlim 3 mərhələdən – “Xüsusi riskli xilasetmə taborunun yüksək hazırlıq dərəcəsinə gətirilməsi”, “Hadisə yerinə yürüşün keçirilməsi və Xüsusi riskli xilasetmə taborunun toplanma rayonunda yerləşdirilməsi” və “Fövqəladə hal rayonunda axtarış və yanğın-xilasetmə işlərinin aparılmasının təşkili”ndən ibarət olmaqla uğurla həyata keçirilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.






















































