Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
BSU-da Ulu öndər Heydər Əliyevə həsr olunan beynəlxalq simpoziumun bağlanış mərasimi olub
Mayın 8-də Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun bağlanış mərasimi keçirilib.
BSU-dan bildirilib ki, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin Elmi İşlər üzrə prorektoru Rafiq Novruzov bölmələrdə müxtəlif istiqamətlər üzrə geniş və maraqlı müzakirələr aparıldığını vurğulayıb.
Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları dinlənilib.
Tədbirdı nümayiş olunacaq “Qisas almadan ölmə” filminin rejissoru Oqtay Mirqasımov Azərbaycan və Almaniya əlaqələrinin tarixi bağlarından, konfrans filmin ərsəyə gəlməsindən söz açıb.
Bağlanış mərasimindən sonra simpozium iştirakçıları Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filmini izləyiblər.
3 gün davam edən simpoziuma, ümumilikdə, 65-ə yaxın məqalə qəbul olunub.






















































