Xəbər Lenti
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 13:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Xaçmazda ilk dəfə keçirilən “Yaz festivalı” böyük coşqu ilə qeyd olunub
Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” təşkil olunub.
Ilk dəfə keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Festivalın açılışında çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qonaqları salamlayaraq, tədbirin iştirakçılarına uğurlar arzulayıb. Bildirilib ki, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanları olan Xaçmazda belə bir festivalın təşkili xüsusi əhəmiyyət daşıyır. Ölkədə kənd təsərrüfatının inkişafına geniş dövlət dəstəyi mövcuddur. Dövlətin diqqət və qayğısı nəticəsində son illərdə rayonda taxılçılıq, meyvəçilik, və heyvandarlıq sahələri daha da inkişaf edir.
Kənd təsərrüfatı naziri İnam Kərimov festivalın kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədilə keçirildiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq və pambıqçılığın inkişafı üçün subsidiyalar verilir. Aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir, kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsipləri əsas götürülür.
Daha sonra festival iştirakçıları müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarının məhsullarının, həmçinin milli mətbəx, yerli folklor nümunələrinin nümayiş etdirildiyi stendlərlə tanış olublar.
Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev jurnalistlərə müsahibəsində qeyd edib ki, “Yaz festivalı” fermerlərin kənd təsərrüfatı təyinatlı müxtəlif məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsi, həmçinin yaz tarla işlərinin başlanması ilə bağlı fermerlərdə ruh yüksəkliyi yaratmaq məqsədi daşıyır. Agentlik festivala yerli və xarici şirkətləri və sahibkarları dəvət edib.
Festivalın qonaqları üçün əyləncə proqramı, kənd təsərrüfatı şirkətlərinin təqdimatı, ödənişsiz təamlar təqdim olunub.
Yeni növ “Bahar” çörəyinin təqdimatı, paytaxt və Xaçmaz brendləri ilə tanışlıq, müxtəlif təamların nümayişi, mədəni–etnoqrafik tədbirlər qonaqlarda xoş təəssürat yaradıb.
Festival çərçivəsində “Bahar” mövzusu üzrə dörd müsabiqə (“Baharı çəkirəm” yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi, “Bahar 22” müsabiqəsi, “Nərd” çempionatı) keçirilib. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılıb.























































