Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Bu ay son 20 ilin rekord daşqınları müşahidə olunub
İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında 13 daşqın və sel hadisəsi qeydə alınıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, son 20 ildə bu rekord göstərici olub.
"Ən təhlükəli daşqın hadisəsi iyunun 10-da Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı və iyunun 22-də Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb".
Xidmət rəisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2016-cı ildə 9, digər illərdə isə orta hesabla 5-6 daşqın və sel hadisəsi qeydə alınıb.
"Dəyişən iqlim fonunda yağıntıların qeyri-bərabər paylanması daha qabarıq özünü göstərir.
Bəzi dövrlərdə quraqlıq daha uzun çəkir, bununla yanaşı lokal ərazini əhatə edən güclü yağış, bəzən bir neçə saat ərzində iki aylıq norma miqdarında düşür. Nəticədə sel-daşqın hadisələrinin təkrarlanması artır".
U.Tağıyevanın sözlərinə görə, qonşu Türkiyədə son günlər analoji proseslər qeydə alınır.
"Respublikada ayın sonuna kimi, dağlıq və dağətəyi rayonlarda lokal yağıntıların fasilələrlə müşahidə ediləcəyi, leysan xarakterli olacağı gözlənilir".
Xidmət rəisi bildirib ki, belə proseslər Xidmətdə tətbiq olunan müasir dopler radarları vasitəsilə izlənilir və 2-3 saat öncədən yerli icra orqanları məlumatlandırılır.
"Gələn həftə ərzində arabir güclənən şimal küləyinin üstünlüyü gözlənildiyindən hava temperaturunda əhəmiyyətli artım proqnozlaşdırılmır. Maksimal temperatur paytaxtda 30-34 dərəcəni keçməyəcək".






















































