Xəbər Lenti
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Nəsimi rayonundanarkotik alverçiləri saxlanılıb
Nəsimi rayonunda izini itirmək məqsədi ilə otel otaqlarında gecələyən qadın narkobaron və onun tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik maddələrin satışına qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət etdiyi üçün məhkum olunmuş Əkbər Əkbərov və Məcid Dadaşov saxlanılıblar.
Onların üzərinə baxış zamanı 36 ədəd psixotrop tərkibli metadon və preqabalın həbi, eləcə də külli miqdarda metamfetamin, heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik maddələri tanışları Gülnar adlı şəxsdən aldıqlarını və onun təklifi ilə paytaxt ərazisində narkokuryerlik etdiklərini bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şirvan şəhər sakini olan Gülnar Əhmədova da tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxn heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb. Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.























































