Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

12 Eyl 16:37Manşet / Hadisə

Xəzər RİH intihara cəhd edən Vətən müharibəsi əlili ilə bağlı açıqlama yayıb

Xəzər RİH intihara cəhd edən Vətən müharibəsi əlili ilə bağlı açıqlama yayıb


Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, dalan 3, ev 9 ünvanında yaşayan 6 aprel 1988-ci il təvəllüdlü, III dərəcəli Vətən müharibəsi əlili Rüstəmov Elnur Əlibaba oğlu 12.09.2022-ci il tarixində Buzovna Bələdiyyəsinin inzibati binasının qarşısında üzərinə benzin tökərək intihara cəhd edib.

Bu barədə Xəzər Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası cəlb olunmuş, ilkin tibbi xidmət göstərilərək 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişdir. Xəstəxanadan alınmış məlumata əsasən E.Rüstəmovun vəziyyəti orta ağırdır.

Məlumat üçün bildiririk ki, Elnur Əlibaba oğlu Rüstəmov 21.07.2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində olmuş və RİH başçısı tərəfindən qəbul edilmişdir. Qəbul zamanı E.Rüstəmovun şikayəti əsasən əlillik pensiyasını, sığorta ödənişini indiyə kimi ala bilməməsindən və yaşadığı evin həyətyanı sahəsində sanitar qovşağının tikilməsinə köməklik göstərilməsindən ibarət olmuşdur.

RİH tərəfindən sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlanılmışdır. ƏƏSMN tərəfindən E.Rüstəmovun şikayəti araşdırılmış və qurumun rəsmiləri tərəfindən təqdim olunmuş məlumata əsasən vətəndaşa qanunvericilikdə nəzərdə tutulmuş təqaüd və müavinətin təyin olunaraq ödənilməsinin təmin olunduğu bildirilmişdir.

Bundan əlavə, qazinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar RİH tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən tələb olunan sənədlərin toplanılmasına köməklik göstərilmiş və vətəndaş Rüstəmov Elnur Əlibaba oğlu Xəzər Rayon İcra Hakimiyyətinin 170 nömrəli, 29.07.2022-ci il tarixli Sərəncamına əsasən 2 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə III dərəcəli Vətən müharibəsi əlili kimi güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmiş və mənzil uçot sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilmişdir.

Həmçinin, RİH tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunan E.Rüstəmovun müraciəti əsasında yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində sanitar qovşağı inşa edilmişdir.
Eyni zamanda Xəzər Rayon İcra Hakimiyyətinin və Buzovna bələdiyyəsinin məsul əməkdaşları tərəfindən vətəndaş Rüstəmov Elnur Əlibaba oğlunun yaşadığı evə dəfələrlə ziyarətlər olunmuş, ərzaq və maddi yardım edilmişdir.

Əlavə olaraq bildiririk ki, Elnur Əlibaba oğlu Rüstəmov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair 09.05.2022-ci il tarixli məlumatında “şəxsiyyətin digər davamlı dəyişiklikləri, şəxsiyyətin emosional davamsız pozğunluğu” diaqnozu ilə III dərəcəli əlillik təyin edilmişdir.

Hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicəsi davam etdirilən Elnur Rüstəmova dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.