Xəbər Lenti
Dün, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 12:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
22-07-2026, 11:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 08:00
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
21-07-2026, 20:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 11:10
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
Azərbaycan Yaponiyada “Ekspo 2025”də iştirak üzrə müqaviləni imzalayan ilk ölkə oldu

Azərbaycan “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində iştirakla bağlı müqaviləyə imza atıb. Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka yüksək əhəmiyyət verən Azərbaycan “Osaka, Kansai Ekspo 2025”də iştirakçı müqaviləsini imzalayan ilk ölkədir.
Müqavilə sərgiyə hazırlıq məqsədi ilə keçirilən birinci beynəlxalq planlaşdırma görüşü zamanı Azərbaycanın “Osaka, Kansai Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov, “Ekspo 2025”in baş katibi Hiroyuki İşige (Hiroyuki Ishige) və “Ekspo 2025” in baş komissarı Koji Haneda (Koji Haneda) arasında imzalanıb. Tədbirdə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə də iştirak edib.
Sərgiyə hazırlıq məqsədilə 25-26 oktyabr tarixlərində keçirilən beynəlxalq planlama görüşündə 100-dən çox ölkə təmsil olunur. Görüşdə “Ekspo 2025”dəki pavilyonların qurulması, sərgilərin hazırlanması ilə bağlı məlumatlar təqdim edilir.
Budəfəki dünya sərgisi 2025-ci ildə 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (“Designing Future Society for Our Lives”) mövzusunda keçiriləcək.























































