Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
31 Ekm 08:10Manşet / İqtisadiyyat
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi Bakıda bağlanıb - Dövlət Xidməti
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb.
Bu barədə sorğuya cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.
Qeyd edilib ki, cari ilin yanvar-sentyabr ayları ərzində paytaxtda ümumilikdə 28.243 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55%-ni təşkil edir.
Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5781 müqavilə), 2 saylı Sumqayıt (3439 müqavilə), 3 saylı Gəncə (2394 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (2291 müqavilə) aparılıb. Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.
Sıra №
Ərazi İdarələrinin adı
İpoteka müqaviləsinin ümumi sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
28243
55.0%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
5781
11.3%
3.
2 saylı Sumqayıt Ərazi İdarəsi
3439
6.7%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
2394
4.7%
5.
5 saylı Xaçmaz Ərazi İdarəsi
2291
4.5%
6.
17 saylı Yevlax Ərazi İdarəsi
1105
2.2%
7.
13 saylı Şirvan Ərazi İdarəsi
955
1.9%
8.
7 saylı Bərdə Ərazi İdarəsi
881
1.7%
9.
6 saylı Beyləqan Ərazi İdarəsi
810
1.6%
10.
10 saylı Lənkəran Ərazi İdarəsi
751
1.5%
11.
11 saylı Şəmkir Ərazi İdarəsi
718
1.4%
12.
12 saylı Şəki Ərazi İdarəsi
637
1.2%
13.
9 saylı Qəbələ Ərazi İdarəsi
631
1.2%
14.
16 saylı Ucar Ərazi İdarəsi
628
1.2%
15.
8 saylı Cəlilabad Ərazi İdarəsi
620
1.2%
16.
15 saylı Tovuz Ərazi İdarəsi
602
1.2%
17.
14 saylı Şamaxı Ərazi İdarəsi
438
0.9%
18.
18 saylı Zaqatala Ərazi İdarəsi
423
0.8%
Ölkə üzrə
51347
100%