Menu
Xəbər Lenti
Sabah 32° isti olacaq
Bugün, 12:41

Sabah 32° isti olacaq

O da “A.B.İ.”yə gəlir
1-06-2026, 07:17

O da “A.B.İ.”yə gəlir

Millimiz Fransaya qarşı
30-05-2026, 12:20

Millimiz Fransaya qarşı

31 Ekm 08:12Manşet / Cəmiyyət

Türkiyəli səyyahlar Zəngilan rayonunun Ağalı kəndində olublar

Türkiyəli səyyahlar Zəngilan rayonunun Ağalı kəndində olublar


Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Türkiyəli səyahətçilər Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra bu gün Zəngilana səfər ediblər. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.
Qarabağ bürosunun bazar ertəsi verdiyi xəbərə görə, gəzəgənlər gəzintiyə Zəngilan rayonunun Ağalı kəndindən start verib. Qonaqların Zəngilandan sonra Cəbrayıl rayon Xudafərin kəndinə getməsi planlaşdırılır.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər edilib. Bu səfərlərdə ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.