Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

20 Kas 08:26Manşet / Siyasət

Məqsədimiz Ağdam istiqamətində aldadıcı manevrlər edib düşmənin fikrini yayındırmaq idi - Vətən Müharibəsi iştirakçıları

Məqsədimiz Ağdam istiqamətində aldadıcı manevrlər edib düşmənin fikrini yayındırmaq idi - Vətən Müharibəsi iştirakçıları

Bu gün Ağdamın işğaldan azad olunmasından iki il ötür.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə təhvil verilib.

Noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişdi. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə rayon 5897 şəhid verib. Həmin döyüşlərdə 3531 nəfər əlil olub, 1871 nəfər uşaq valideynlərini itirib. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri var. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidi Ağdam rayonu ərazisində yerləşir.

Ağdam işğaldan azad olunduqdan sonra ermənilərin viran qoyduğu, Qafqazın Xirosiması adlandırılan bu şəhərdə bərpa və quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunduğu bir il müddətində Ağdamda müsbətə doğru çox dəyişiklik baş verib, bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycan Prezidentinin və dövlətinin məqsədi Ağdamı regionun ən gözəl şəhərlərindən birinə çevirməkdir. Artıq Ağdam şəhərinin Baş Planı hazırlanaraq təqdim edilib və bu planın həyata keçirilməsi istiqamətində işlər davam etməkdədir.

Trend TV-nin çəkiliş qrupu Ağdam şəhərində olub və bu şəhərin azad edilməsində iştirak edən hərbçilərimizin fikirlərini öyrənib.