Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

16 Mrt 17:12Mədəniyyət

Azərbaycanlı skripkaçı “Florida Keys” müsabiqəsinin qala-konsertində çıxış edib

Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” mədəniyyət mərkəzinin “Weill” konsert salonunda keçirilən VIII “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qala-konsertində Çexiyada təhsil alan istedadlı gənc skripkaçı Canel Nəcəfli də iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 20 yaşlı həmyerlimiz çıxışında bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qala-konsertdə çıxış etmək çox məsuliyyətli və şərəfli olub. “Həmin axşam çox özəl və gözəl idi. Xarici iştirakçıların ifasında Azərbaycan əsərlərini dinləmək zövq verirdi”, - deyə skripkaçı öz təəssüratlarını bölüşüb.

Qeyd edək ki, bu il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi (qiyabi) və Çexiyanın Pilsen Konservatoriyasının 4-cü kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Canel Nəcəfli üçün uğurlu başlayıb. O, Gənclər və İdman Nazirliyi tərəfindən “2023-cü ilin gənci” mükafatına layiq görülüb, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlə çıxış edib. “Çox qürurlu və sevincliyəm. Çünki builki uğurlarım xalqımız üçün çox əlamətdar ildə – “Heydər Əliyev İli”ndə baş verib”, - deyə musiqiçi vurğulayıb.

“Florida Keys” müsabiqəsində ikinci yer tutduğu üçün qala-konsertdə çıxış etməyə dəvət olunan azərbaycanlı gənc musiqiçi məşhur “Weill” salonunun səhnəsində görkəmli bəstəkarımız Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib. Canel Nəcəfli həm də Fikrət Əmirovun əsərinin parlaq ifasına görə diploma və Əmirovlar ailəsinin xüsusi mükafatına layiq görülüb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində işğaldan azad edilmiş Şuşanı ziyarət edən ifaçı həyatda ən böyük arzusuna çatıb. O, Şuşa qalasının qarşısında “Sarı gəlin”, Cıdır düzündə isə “Ay Laçın” xalq mahnılarını skripkada ifa edib.