Xəbər Lenti
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 12:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 15:49
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 11:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
16-06-2026, 19:15
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
23 Mrt 20:14Mədəniyyət
Solmaz Rüstəmova-Tohidi: Novruz bayramı Azərbaycan ərazisində yaranıb
Rusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən pavilyonun direktoru Səadət Qədirova Novruz bayramının Azərbaycan xalqının tarixində rolundan danışıb.
Gecədə professor Solmaz Rüstəmova-Tohidi UNESCO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına salınmış Novruz bayramının Azərbaycan ərazisində qədim dövrlərdən başlayaraq müxtəlif tarixi mərhələlərdə və bu günümüzə qədər rəsmi, dövlət bayramı kimi qeyd olunması barədə mühazirə ilə çıxış edib.
Solmaz Rüstəmova-Tohidi Novruz bayramının yaranması tarixindən danışarkən Zərdüştlüyün müqəddəs kitabı “Avesta”ya və digər mötəbər mənbələrə istinad edərək bildirib ki, bütün yazılı mənbələrdə Novruz bayramının məhz Azərbaycan ərazisində yarandığı göstərilir. Bu tarix əfsanəvi şah Cəmşidin adı ilə bağlıdır. Cəmşidin Araz çayı sahillərində “Aran” (Azərbaycanın qədim adı) adlanan ərazidə taxt-taca sahib olması və bu günün bayram kimi qeyd edilməsi Novruzun yaranma tarixi kimi göstərilir.
Alim vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Novruz bayramı artıq dövlət səviyyəsində rəsmi qeyd olunmağa başlayıb. Sovet hakimiyyətinin ilk illərində bu ənənəyə sadiq qalan bolşevik hökuməti Novruzu təqvimə qeyri-iş günü və bahar bayramı kimi salsa da, 1930-cu ildə dini bayramlar sırasında Novruzun da rəsmən qeyd olunması qadağan edilib. Bu bayram sovet Azərbaycanında bir daha 1967-ci ildə Bahar bayramı kimi keçirilməyə başlayıb. S.Rüstəmova-Tohidi xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra Novruz dövlət səviyyəsində əsl el şənliyinə çevrilib.
“Azərbaycan xalqı tarixən bu bayrama fərqli çalarlar qatıb. Azərbaycanda Novruzun daha çox humanizm mahiyyəti qabardılır, təbiətin oyanışından başlayaraq onun əməyə, insaniyyətə, xoş münasibətlərə bağlılığı önə çəkilir”, - deyə alim bildirib.
Tədbirin sonunda Azərbaycanda Novruz ənənələrinə həsr olunmuş film nümayiş etdirilib.