Xəbər Lenti
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 12:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 15:49
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
08 Ara 15:41Mədəniyyət
Zəhra Quliyeva: Xurşidbanu Natəvanın Şuşa ilə bağlı arzusu bu gün reallaşıb
Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşanın tək incisi” bədii-sənədli filmimizin premyerası keçirildi. Ekran əsərinin ssenari müəllifi Ülviyyə Heydərovadır. Quruluşçu rejissoru olmağımla yanaşı, həm də filmin operatorluğunu mən etmişəm. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın ideya müəllifliyi əsasında hazırlanan bu film mənim üçün çox doğma və əzizdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Bursa şəhərində premyerası keçirilən “Şuşanın tək incisi” bədii-sənədli filminin quruluşçu rejissoru Zəhra Quliyeva bildirib.
Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın xatirəsinə həsr olunan bu ekran əsəri haqqında danışan müsahibimiz deyib: “Natəvan obrazını Xalq artisti Mehriban Zəki canlandırıb. Natəvanın uşaqlığını mənim kiçik qızım Umayra Qulubəyli, yeniyetməlik dövrünü isə böyük qızım Adel Osmanova oynayıblar. Bu işə çox böyük sevgi ilə yanaşdıq. Bildiyimiz qədər, Şuşanın mədəniyyət şəhəri, incəsənətimizin beşiyi olması Natəvanın arzusu olub. Onun arzusu bu gün reallaşıb. Ekran əsərində əsas etibarilə xronoloji materiallardan istifadə olunub. Bədii hissə isə Şuşada çəkilib və dövrün milli geyimlərindən istifadə olunub. Natəvanın əl işləri canlı olaraq çəkilib”.
Premyera ilə bağlı təəssüratlarını bölüşən rejissor deyib: “Filmin nə cür alınması barədə ancaq tamaşaçı bir söz deyə bilər. Lakin ilk nümayişin böyük rəğbətlə qarşılandığını hamımız gördük. Mən sadəcə öz üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışdım. Natəvanın ruhu qarşısında baş əyirəm. Həqiqətən də çətin həyat yaşamasına baxmayaraq böyük və çox dözümlü qadın olub”.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin