Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

23 Ara 12:52Mədəniyyət

Romada “Şuşa İli”nə həsr olunmuş konsert: “Xarıbülbül” VİDEO

“Şuşa İli” çərçivəsində İtaliyanın paytaxtı Roma şəhərindəki “Sala Umberto” teatrında “Xarıbülbül” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi konsertdə İtaliya Parlamentinin deputatları, Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpus təmsilçiləri, ictimai-siyasi xadimlər, aparıcı media qurumları əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov cari ildə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinin qeyd olunduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub.

Səfir Azərbaycan xalqı üçün xüsusi tarixi və mədəni önəmə sahib Şuşa şəhərinin 30 ilə yaxın erməni işğalı nəticəsində dağıdılmış tarixi-mədəni abidələrinin bu gün dövlətimiz tərəfindən yenidən bərpa olunduğunu və bu işdə İtaliya şirkətlərinin də fəaliyyət göstərdiyini qeyd edib.

Sonra Əməkdar artistlər tarzən Sahib Paşazadə, xanəndə İlkin Əhmədov, kamança ustası Xəyyam Məmmədov, gənc xanəndə Kamilə Nəbiyevanın ifasında “Mənim Azərbaycanım”, “Qarabağ”, “Sarı gəlin”, “Şuşanın dağları”, “Reyhan”, “Küçələrə su səpmişəm” kimi bəstəkar mahnıları və muğamlarımız təqdim olunub. Musiqi nömrələri tədbirə xüsusi rəng qatıb, salonda alqışla qarşılanıb.

Tarzən Sahib Paşazadə və pianoçu Səidə Tağızadə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları Fikrət Əmirov, Vasif Adıgözəlov, Həsən Rzayevin, məşhur italyan bəstəkarlar Coakkino Rossini, Antonio Vivaldi, Nino Rotanın əsərlərini səsləndirib, musiqi axşamını rəngləndiriblər.