Menu
Xəbər Lenti
Quterreş ona zəng etdi
Bugün, 05:04

Quterreş ona zəng etdi

Zakir Qaralova ağır itki
16-12-2025, 07:03

Zakir Qaralova ağır itki

Beyaz ekranlara qayıdır
16-12-2025, 05:01

Beyaz ekranlara qayıdır

Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

09 Mrt 17:45Siyasət

Prezident: Azərbaycan beynəlxalq yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrilib

Müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı öz evindən didərgin düşmüşdü, onlar çadır şəhərciklərində yaşayırdı.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edərkən xatırladıb.

O zaman Azərbaycanın iqtisadi durumunun aşağı səviyyədə olduğunu və ölkəmizin çox ciddi çətinliklərlə üzləşdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, həmin dövrdə Azərbaycana beynəlxalq təsisatlar tərəfindən dəstək göstərilib. Prezident İlham Əliyev bu xüsusda da Azərbaycanın beynəlxalq səviyyədə yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrildiyini vurğulayıb.

Azərbaycan Prezidenti söhbət əsnasında ölkəmizin BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini qeyd edib.