Menu
Xəbər Lenti
“AS Group” WUF13-də
Bugün, 14:23

“AS Group” WUF13-də

Kobaxidze Bakıdadır
18-05-2026, 09:41

Kobaxidze Bakıdadır

Vüqar Qurbanova ağır itki
18-05-2026, 09:21

Vüqar Qurbanova ağır itki

17 Mrt 07:54Siyasət

Prezident: Əzəli torpaqlarımızda yenidən canlanan həyat yazın Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyilir.

Dövlətimizin başçısı ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarını yetirib, bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıb.