Xəbər Lenti
Dün, 14:43
ABŞ səhiyyə naziri Trampın zərərli qida vərdişlərindən danışdı: Fastfud yeyir, diyetik içki içir
13-01-2026, 05:22
"Lox-Ness əjdahası" həqiqətən var? - Şotlandiyalı təbiətşünas 52 illik axtarışdan sonra gerçəyi ortaya çıxardı
13-01-2026, 04:57
"Yanğınsöndürənlər üç dəqiqə gec gəlsəydilər, sağ çıxmayacaqdıq" - Masazır sakinləri niyə evlərində rahat yaşaya bilmirlər?
10-01-2026, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
23 Ağu 18:40Siyasət
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına dövlət səfəri avqustun 23-də başa çatıb.
"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar.























































