Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
23 Ock 02:26Siyasət
Vüqar Rəhimzadə: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycan üçün adi bir kağız parçasıdır
Yanvarın 18-də Avropa Parlamenti növbəti ermənipərəst qətnamə layihəsini müzakirəyə çıxarmaqla gündəmə gəldi. Qarabağ münaqişəsinin artıq iki ildir ki, tarixin arxivinə atıldığı, bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistanın münasibətlərində yeni səhifənin açılması üçün bu iki Cənubi Qafqaz ölkəsi arasında sülh müqaviləsinin imzalanması istiqamətində səylərin göstərildiyi bir zamanda Avropa Parlamentinin belə qərəzli, necə deyərlər, erməni dəyirmanına su tökən qətnamə qəbul etməsi bu qurumun qərəzli niyyətlərindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
“Birmənalı vurğulamaq olar ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin belə bir mövqeyi nəinki artıq xeyli müddətdir davam edən sülh prosesinə zərbə vurur, həm də işğalçı ölkədə hər vəchlə suyu bulandırmağa çalışan revanşist qüvvələri ruhlandırır. Qurumun qəbul etdiyi biabırçı qətnamədə 30 ildən artıq müddətdə Ermənistan tərəfindən Qarabağ bölgəsinin və ətraf rayonlarımızın işğalda saxlanmasının acı nəticələrini yaşamış Azərbaycan heç bir real fakta əsaslanmadan bu ölkəyə qarşı hərbi təcavüzdə ittiham edilir. Avropa Parlamenti kimi məqsədi, məramı sülhə mane olmaq olan beynəlxalq qurumlar unudurlar ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə ölkəmizə qarşı 30 il sürən bütün qərəzli yanaşmalara son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara tarix, hüquq dərsi keçdi. Tarixi faktları, real həqiqətləri inkar etməklə nəyəsə nail olmağın mümkünsüzlüyü 44 gündə 30 ilin işğalına son qoyulması ilə bir daha təsdiqləndi. 30 il ermənilərin Azərbaycana qarşı hərbi təcavüzünə göz yumub işğalçıya problemin sonadək bu şəkildə davam edəcəyi barədə ümidlər verən dünyanın bəzi aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların hazırda tarixi Zəfərimizin reallıqlarını qəbul edib, sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirmələri, öz növbəsində, ötən müddətdə onların problemə yanlış yanaşmalarının hansı ağır nəticələrə yol açdığını görmək və nəticə çıxarmaq məcburiyyətində olmalarının etirafıdır. Görünür, Avropa Parlamenti bu yanaşması ilə tamamilə başqa bir məqsəd üçün çalışır ki, bu da hadisələrin inkişaf xronologiyasında özünü aydın şəkildə büruzə verir”, - deyə Vüqar Rəhimzadə qeyd edib.
Onun sözlərinə görə, “Avropa Parlamenti qəbul etdiyi bu qətnamə ilə təsdiqləyir ki, regionda proseslərin müsbət istiqamətdə davam etməsində, sülhün bərqərar olmasında deyil, problemlərin daha da dərinləşməsində maraqlıdır: “Başqa sözlə, qurum regionda gedən proseslərə bu cür qərəzli, qeyri-adekvat yanaşması ilə açıq-aşkar separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir. Sözügedən biabırçı qətnamədə Azərbaycan Laçın-Xankəndi yolunu blokadaya almaqda ittiham edilir. Halbuki Laçın-Xankəndi yolunda keçirilən aksiyanın məqsəd və məramı işğalçı Ermənistana və onun Avropa Parlamenti kimi havadarlarına çox yaxşı bəllidir. Ermənilər istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı biri-birindən dəhşətli ekoloji terrorlar törədirlər. Azərbaycanlı ekofəalların aksiyasının əsas tələbi ermənilərin bu gün də davam edən həmin ekoloji terror əməllərinə son qoyulmasıdır. Sual olunur: Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasından sonra 300-dən çox Azərbaycan vətəndaşının Ermənistanın mina terrorunun qurbanı olması dünyanı, o cümlədən bu gün Ermənistana və separatçı rejimə dəstək missiyasını yerinə yetirən Avropa Parlamentini niyə narahat etmir? Minalar bu ərazilərə hansı yolla daşınır? Əlində heç bir real fakt, əsas olmadan Azərbaycanı Laçın-Xankəndi yolunu blokadaya almaqda ittiham edən Avropa Parlamentinin bu sualların cavabını axtarması daha yaxşı olmazmı?”.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycana böhtan ataraq “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti nə üçün Ermənistanı öz ordusunu 35 il bundan əvvəl zəbt etdiyi və hələ də işğal altında saxladığı Azərbaycanın 8 kəndindən geri çəkilməyə səsləmir?
Vüqar Rəhimzadə diqqəti hazırda beynəlxalq medianın əsas müzakirə mövzusu olan Davos Dünya İqtisadi Forumunun 53-cü toplantısına yönəldərək bildirib ki, Prezident İlham Əliyevin bu nüfuzlu beynəlxalq platformada iştirakının, uğurlu görüşlərinin hətta Ermənistan mediasında belə etiraf edildiyi bir vaxtda Avropa Parlamentinin Azərbaycanı əsassız yerə hədəf alan utancverici qətnaməni qəbul etməsi ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrdə soyuqluq yaratmağa hesablanıb: “Azərbaycanofob, islamofob, türkofob Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, keçən il iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiyini böyük əminliklə vurğulaya bilərik. Avropa İttifaqı Azərbaycanı, eyni zamanda, sülh gündəliyinin müəllifi kimi dəstəkləyir. Bu məqamı da xüsusi xatırlatmalıyıq ki, vaxtilə Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı da çıxmışdı. Lakin zaman Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun nə qədər böyük olduğunu nümayiş etdirdi. Azərbaycan bu layihəni uğurlu sonluqla başa çatdırmaqla dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında öz sözünü dedi. Bu mənada əminliklə deyə bilərik ki, Avropa Parlamenti öz oturduğu budağı kəsməklə məşğuldur.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, belə reallıqdan uzaq qətnamələr Azərbaycan üçün adi bir kağız parçasıdır. Bu kimi əhəmiyyətsiz sənədlər Azərbaycanın haqq işinə təsir etmək imkanında deyil. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmiz bu reallıqların aydın mənzərəsini təqdim etdi.