Xəbər Lenti
Bugün, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
20-05-2026, 14:52
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
18-05-2026, 19:46
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
03 Mrt 16:37Siyasət
Azərbaycan Prezidenti Bolqarıstanın Milli bayramı münasibətilə bolqarıstanlı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Milli bayramı münasibətilə bolqarıstanlı həmkarı Rumen Radevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycanın Bolqarıstanla əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. “Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir”, - deyə təbrikdə qeyd olunur.
Məktubda daha sonra deyilir: “Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir”.
Azərbaycan Prezidenti enerji sektorunda səmərəli işbirliyinin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə edib.