Sosial - merhemet.tv

Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
Füzuli rayonu uğrunda gedən döyüşlərdə boynundan ağır güllə yarası alan qazi Həsrət Quliyevin müalicəyə və əməliyyata ehtiyacı var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onu ziyarət edən şəhid anası Vəfa İsmayılova məlumat yayıb.

44 günlük Vətən müharibəsində şəhid olan İzzət Həmidovun anası V.İsmayılova qazinin vəziyyətinə biganə qala bilmədiyini bildirib. O, Vətən uğrunda sağlamlığını itirən şəxslərin müalicəsinin fərdi ianələrlə deyil, rəsmi qurumların və xəstəxanaların dəstəyi ilə həll olunmasının vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, həmin qazi hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır: “1998-ci il təvəllüdlü kişi 17.11.2026-cı il tarixində saat 16:00 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinə planlı qaydada stasionar müalicə üçün yerləşdirilib.

Böyrək və sidik axarı daşı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq müalicə tədbirləri başa çatdıqdan pasiyent üzərində cərrahi müdaxilənin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən şəxs cərrahi əməliyyat olunmaq üçün icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində özəl tibb müəssisəsinə göndərişlə təmin olunacaq”.

Qazinin maddi vəziyyəti ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə də müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Həsrət Həsən oğluna 2022-ci ildən müharibə ilə əlaqədar I dərəcə əlillik təyin edilib: “Ona 8800 manat birdəfəlik sığorta ödənişi edilib və hər ay pensiya və təqaüd olaraq 2362,86 manat aylıq ödəniş edilir. Həsrət Quliyevin müalicəsi üçün ardıcıl dəstək tədbirləri görülüb, "YAŞAT" Fondu tərəfindən xaricdə və ölkəmizdə müalicə, dərman xərclərinin qarşılanması, ev təmiri və s. üçün ümumilikdə 575 min manat yardım edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu minik avtomobili, açıq və qapalı məkanda istifadə üçün 2 ədəd təkərli oturacaqla təmin edib, ötən il Sumqayıt Reabilitasiya Mərkəzində 14 gün reabilitasiya xidməti alıb.
Həsrət Quliyev 3 nəfər ailə tərkibi (özü, anası, bacısı) ilə Abşeron rayonunda yeni yaşayış kompleksindən ikiotaqlı mənzil təklif edilsə də, yaşadığı Sumqayıt şəhərində üçotaqlı mənzillə təmin edilməsini istəyib. Bununla əlaqədar növbəti mərhələdə mənzillə təminat həyata keçirildikdə ona yenə də mənzil təklif ediləcək.

Atası vəfat edib, anası evdar qadındır və əlilliyi olan şəxsə qulluqla əlaqədar 120 manat aylıq təqaüd alır”.

Həsrət Quliyevin səhhəti və müalicəsi ilə əlaqədar “YAŞAT” Fonduna da üz tutduq. Fonddan müraciətimizə belə cavab verildi: “Birinci dərəcəli müharibə əlili Həsrət Quliyev Həsən oğlunun “YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətləri üzrə müraciətləri daxil olub. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə daxil olan müraciətinə əsasən onun hesabına 2023-cü il 23 iyun tarixində 5 000 AZN vəsait köçürülüb.

Həsrət Quliyevin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti çərçivəsində daxil olmuş müraciətlərinə əsasən onun müalicə prosesinin böyük hissəsi Türkiyə Respublikasında həyata keçirilib. Beləki, 2021-ci ilin 18 fevral tarixindən 2022-ci ilin 17 mart tarixinədək və 2022-ci ilin 7 aprel tarixindən 2023-cü ilin 13 yanvar tarixinədək şəxsin müalicəsi adıçəkilən ölkədə aparılıb və ölkə xaricində aparılan müalicələri üzrə Fondun büdcəsindən 563 674.27 AZN vəsait aidiyyəti üzrə xərclənib.

Eyni zamanda, Həsrət Quliyevin ölkə daxilində aparılan müalicələri üzrə 1 468.04 AZN vəsait xərclənib və müxtəlif vaxtlarda daxil olan müraciətlərinə əsasən 4 038.84 AZN dəyərində dərman vasitələri ilə təmin edilib.

Ümumilikdə, Həsrət Quliyev Həsən oğlunun Fonda daxil olan müraciətləri üzrə şəxsə 574 181.15 AZN məbləğində dəstək göstərilib. Şəxsin Fonda sonuncu müraciəti 2026-cı ilin sentyabr ayında dərman təminatı ilə bağlı olub və həmin müraciət təmin edilib. Şəxs sosial şəbəkə üzərindən yayımlanan görüntülərdə qeyd edilən məsələ ilə bağlı Fonda müraciət etməyib”.

Qeyd edək ki, Həsrət Quliyev Füzuli istiqamətində gedən döyüşlərdə yaralı silahdaşını xilas etməyə çalışarkən boynundan ağır güllə yarası alıb və uzun müddətdir müalicə olunur.

Lamiyə Məmmədova

“Gənclər üçün Maliyyə Savadlılığı Proqramı” təqdim olunub
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Banklar Assosiasiyası gənclərin maliyyə savadlılığının artırılması, məsuliyyətli maliyyə davranışlarının formalaşdırılması, müasir maliyyə xidmətləri və imkanları üzrə bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində “Gənclər üçün Maliyyə Savadlılığı Proqramı”na start verib.

Noyabrın 25-də “Baku Marriott Hotel Boulevard” mehmanxanasında proqramın rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, bank və maliyyə sektorunun, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış ediblər. Çıxışlarda bu təşəbbüsün gənclərin maliyyə sektorundakı yeniliklər və müasir tendensiyalar barədə məlumatlılığının artırılmasına, maliyyə resurslarından səmərəli və məqsədyönlü istifadə bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də məsuliyyətli maliyyə davranışlarının formalaşdırılmasına xidmət edəcəyi vurğulanıb.

Proqram çərçivəsində keçirilən təlimlər və interaktiv fəaliyyətlər vasitəsilə gənclərin şəxsi büdcənin idarə edilməsi, yığım və investisiya, rəqəmsal bankçılıq və maliyyə təhlükəsizliyi, məsuliyyətli borclanma, maliyyə istehlakçılarının hüquqları, eləcə də müasir və alternativ maliyyələşmə imkanları üzrə bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

“Gənclər üçün Maliyyə Savadlılığı Proqramı” gənclərin qazandıqları bilikləri real həyat situasiyalarında tətbiq etmələrinə, maliyyə seçimlərinə daha məsuliyyətli yanaşmalarına və gələcək hədəflərini düzgün planlaşdırmalarına töhfə verəcək.

Xezertv.info

OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Göygöl bələdiyyəsinin sədri Oqtay Məsimov – İnsan amilinə, vətəndaş məmnunluğuna və doğma yurdun tərəqqisinə xidmət məsuliyyəti

Hər bir bölgənin inkişaf tarixində həmin ərazinin sosial-iqtisadi tərəqqisinə, abadlığına və ictimai həyatına töhfə verən insanların xüsusi yeri vardır. Bu baxımdan yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, onların rəhbərlərinin idarəçilik mövqeyi və vətəndaşlarla münasibətləri mühüm əhəmiyyət daşıyır. Çünki bələdiyyə yalnız inzibati idarəetmə strukturu deyil, həm də insanların gündəlik həyatına, yerli problemlərin həllinə və yaşayış mühitinin yaxşılaşdırılmasına xidmət edən mühüm ictimai institutdur.

Göygöl rayonunun ictimai həyatında yerli özünüidarəetmə istiqamətində məsuliyyət daşıyan şəxslərdən biri də Göygöl bələdiyyəsinin sədri Oqtay Məsimovdur. Göygöl Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində Oqtay Aslan oğlu Məsimov Göygöl bələdiyyəsinin sədri kimi təqdim olunur. Onun adı 2025-ci ildə keçirilən bələdiyyə seçkiləri ərəfəsində də Göygöl bələdiyyəsinə namizədlər sırasında yer alıb.

Rəhbər olmaq, ilk növbədə, böyük məsuliyyət daşımaq deməkdir. Xüsusilə yerli özünüidarəetmə sahəsində çalışan rəhbər insanların problemlərini dinləməyi, onların müraciətlərinə diqqətlə yanaşmağı, qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində real həll yolları axtarmağı bacarmalıdır. Çünki bələdiyyənin fəaliyyəti kabinetlərdə qəbul edilən qərarlarla deyil, həmin qərarların insanların həyatında yaratdığı müsbət dəyişikliklərlə qiymətləndirilir.

Oqtay Məsimovun rəhbərlik etdiyi bələdiyyənin qarşısında dayanan əsas vəzifələrdən biri də Göygöl sakinlərinin maraqlarının qorunması, yerli əhəmiyyətli məsələlərin diqqətdə saxlanılması və ərazinin inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsidir.

İdarəçilikdə uğurun əsas şərtlərindən biri insan amilinə üstünlük verməkdir. Vətəndaşın müraciətinə hörmətlə yanaşmaq, onun problemini diqqətlə dinləmək və məsələnin həlli üçün qanuni imkanları səfərbər etmək rəhbərin nüfuzunu müəyyənləşdirən mühüm xüsusiyyətlərdəndir.

Azərbaycanın füsunkar guşələrindən olan Göygöl özünəməxsus təbiəti, zəngin tarixi, mədəni irsi və turizm potensialı ilə seçilir. Bu diyarın gözəlliyini qorumaq, ekoloji tarazlığın saxlanılmasına töhfə vermək, yaşıllıqların mühafizəsinə diqqət göstərmək və yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətində çalışmaq yerli idarəetmənin vacib istiqamətlərindəndir.

Bu mənada bələdiyyənin qarşısında mühüm vəzifələr dayanır. Torpaq ehtiyatlarından qanuni və səmərəli istifadə, bələdiyyə mülkiyyətinin qorunması, yerli infrastrukturun yaxşılaşdırılması, ictimai əhəmiyyətli ərazilərin abadlaşdırılması və əhalinin ekoloji təhlükəsizliyinin nəzərə alınması xüsusi diqqət tələb edir.

Oqtay Məsimovun rəhbərlik etdiyi qurumun fəaliyyətində də bu istiqamətlərin prioritet təşkil etməsi Göygölün gələcək inkişafına xidmət edən vacib amillərdən biri ola bilər. Hər bir bələdiyyə təşəbbüsü, ilk növbədə, sakinlərin ehtiyaclarına uyğun planlaşdırılmalı və ictimai mənafe əsas götürülməlidir.

Müasir idarəçilikdə rəhbərin fəaliyyətini səciyyələndirən əsas prinsiplərdən biri şəffaflıqdır. Cəmiyyət bələdiyyələrin fəaliyyətindən, qəbul edilən qərarlardan, büdcə vəsaitlərinin istifadəsindən, torpaq məsələlərindən və həyata keçirilən layihələrdən məlumatlı olmalıdır.

Bələdiyyə rəhbərinin sakinlərlə açıq ünsiyyət qurması, ictimaiyyətin suallarını cavablandırması və görülən işlər barədə mütəmadi məlumat verməsi yerli özünüidarəetmə institutuna inamı gücləndirir.

Oqtay Məsimov üçün də bu prinsiplərin qorunması rəhbərlik fəaliyyətinin mühüm göstəricilərindən biri hesab oluna bilər. Çünki vətəndaşın etimadını qazanmaq yalnız xoş sözlərlə deyil, konkret qərarlar, qanuni addımlar və ictimaiyyət qarşısında hesabatlı mövqe ilə mümkündür.

Xüsusilə torpaq münasibətləri, örüş və otlaq sahələrinin təyinatı üzrə istifadəsi, bələdiyyə əmlakının qorunması kimi məsələlər yerli özünüidarəetmənin daim diqqətdə saxlamalı olduğu sahələrdəndir. Bu məsələlərdə ardıcıl nəzarət və qanunauyğun fəaliyyət həm sakinlərin maraqlarının qorunmasına, həm də ictimai etimadın möhkəmlənməsinə xidmət edir.

Bələdiyyə fəaliyyətinin əhəmiyyəti yalnız təsərrüfat və abadlıq işləri ilə məhdudlaşmır. Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, aztəminatlı ailələrə, yaşlı insanlara və sosial qayğıya ehtiyacı olan şəxslərə diqqət göstərilməsi də yerli özünüidarəetmənin mühüm ictimai istiqamətlərindəndir.

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsasını insan amili, vətəndaş rifahı və sosial ədalət prinsipləri təşkil edir. Yerli özünüidarəetmə orqanlarının da öz səlahiyyətləri daxilində bu siyasətə dəstək verməsi, sosial təşəbbüslərə qoşulması və ehtiyacı olan insanların problemlərinə həssas münasibət göstərməsi təqdirəlayiq yanaşmadır.

Oqtay Məsimovun rəhbərliyi altında Göygöl bələdiyyəsinin sosial məsuliyyət istiqamətində təşəbbüslərinin genişləndirilməsi rayonun ictimai həyatına müsbət təsir göstərə biləcək mühüm amillərdəndir.

Bu gün Azərbaycanın bütün bölgələrində inkişaf, yenilənmə və abadlıq prosesi davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf siyasəti yerli idarəetmə qurumlarının qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Bu vəzifələrin uğurlu icrası dövlət qurumları, bələdiyyələr və ictimaiyyət arasında səmərəli əməkdaşlığı zəruri edir.

Göygöl kimi böyük turizm və təbiət potensialına malik bir rayonun inkişafında yerli özünüidarəetmə orqanlarının fəallığı xüsusi əhəmiyyət daşıyır. Yeni təşəbbüslərin irəli sürülməsi, sakinlərin təkliflərinin nəzərə alınması, yerli problemlərin vaxtında araşdırılması və aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi gələcək nailiyyətlərə zəmin yarada bilər.

Oqtay Məsimovun rəhbərlik etdiyi bələdiyyənin də qarşıdakı dövrdə əsas hədəflərindən biri sakinlərin etimadını doğrultmaq, yerli məsələlərin həllinə töhfə vermək və Göygölün inkişafına xidmət edən təşəbbüsləri dəstəkləmək olmalıdır.

Unutmaq olmaz ki, vəzifənin nüfuzu onun adından deyil, daşıdığı məsuliyyətdən, insanların həyatında yaratdığı müsbət dəyişikliklərdən və cəmiyyətə verdiyi faydadan qaynaqlanır. Əsl rəhbərlik insanlara yaxın olmaq, onların səsini eşitmək, problemlərinə biganə qalmamaq və ümumi mənafeyi şəxsi maraqlardan üstün tutmaqdır.

Göygöl bələdiyyəsinin sədri Oqtay Məsimova fəaliyyətində qanunçuluq, şəffaflıq, vətəndaş məmnunluğu və ictimai məsuliyyət prinsiplərinin daim rəhbər tutulmasını arzulayırıq. İnanırıq ki, yerli özünüidarəetmədə atılan hər bir məqsədyönlü addım Göygölün abadlığına, sakinlərin rifahına və doğma yurdun tərəqqisinə xidmət edəcək.

Göygölün inkişafı, insanların rifahı və cəmiyyətin etimadı naminə görülən hər bir faydalı iş öz dəyərini qoruyur!

325 MANATLIQ CƏRİMƏNİN SİRRİ: AZƏRMAŞ HESABLAMANI AÇIQLAYACAQMI?
Kainat.tv-nin əvvəlki yazısından sonra da vətəndaşın Azərmaşla bağlı problemi hələ də öz həllini tapmayıb.

Vətəndaş Aqil Bayramova məxsus avtomobil ödəniş həyata keçirildikdən cəmi 2–3 saat sonra xəbərsiz şəkildə götürülüb. Bundan sonra isə sığorta ödənişinin gecikdirilməsi və hissəli ödənilməsi ucbatından avtomobilin uzun müddət ustada qalması və nəqliyyat vasitəsindən istifadə edə bilməməsi ilə bağlı yaranan problemlər davam edib.

İndi isə məsələnin üzərinə daha bir tələb əlavə olunub: 325 manat məbləğində cərimə.

Doğrudur, ödəniş cədvəlinin aşağı hissəsində gecikmə ilə bağlı şərt qeyd olunub. Həmin qeyddə hər gecikmiş gün üçün ödənilməli məbləğin 1 faizi həcmində cərimə hesablanacağı göstərilir.

Lakin burada əsas məsələ başqa yerdədir.
325 manat cərimə hansı tarixlər arasındakı gecikməyə görə hesablanıb?

Hansı məbləğ əsas götürülüb? Neçə gün gecikmə hesablanıb? Və ən əsası, bu 325 manatın hesablanması vətəndaşa yazılı şəkildə təqdim olunubmu?

Vətəndaş ödənişlərini həyata keçirib və yaranmış vəziyyətlə bağlı bütün sənədləri təqdim edir. Buna görə də tələb olunan cərimənin sadəcə məbləğinin bildirilməsi kifayət deyil.

Hesablamanın özü də şəffaf şəkildə göstərilməlidir.

Çünki 1 faiz şərtinin ödəniş cədvəlində yazılması ayrı məsələdir, konkret olaraq 325 manatın hansı hesablamadan ortaya çıxması isə tamam başqa məsələdir.

Burada daha bir sual da ortaya çıxır: avtomobilin götürülməsi, sığorta vəsaitinin ödənilməsi və digər ödəniş məsələləri ilə bağlı yaranmış vəziyyət cərimə hesablanarkən nəzərə alınıbmı?
Vətəndaşın narazılığı da məhz bundan ibarətdir. O, müqavilədə hər hansı şərtin olub-olmamasından çox, özündən tələb olunan 325 manatın necə formalaşdığını və bu hesablamanın nə dərəcədə əsaslı olduğunu bilmək istəyir.

Azərmaşdan tələbimiz sadədir: 325 manatın hesablanmasını günbəgün və rəqəmlərlə açıqlayın.

Neçə manat borc?
Neçə gün gecikmə?
Gündə neçə manat cərimə?
Və nəticədə necə 325 manat?

Bu suallara konkret cavab verildiyi halda məsələyə aydınlıq gətirmək mümkün olacaq.

Məsələni diqqətdə saxlayırıq. Vətəndaşın ödədiyi və ondan tələb olunan hər bir məbləğin hesablanmasının şəffaf şəkildə ortaya qoyulmasını gözləyirik.

Bu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub, arabir intensiv xarakterli olub, şimşək çaxıb, dağlıq ərazilərə isə qar yağıb.

Yağıntılar gecə saatlarından tədricən kəsilib.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 15, Qobustan, Kişçayda (Şəki) 11, Zaqatalada 10, Balakəndə 9, Beyləqan, Zərdab, Kürdəmir, Tovuz, Lerikdə 8, Sabirabadda 7, Quba, Gədəbəy, Şahbuz, Lənkəran, Cəbrayılda 6, Qusar, Şamaxı, Oğuz, Gəncə, İmişli, Salyan, Yardımlı, Göygöldə 5, Neftçala, Yevlax, Tərtər, Göyçay, Astara, Ağdam, Qəbələ, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Xaltan, Mingəçevir, Goranboy, Ordubad, Biləsuvar, Bərdə, Xızı, Şəmkir, Ağstafa, Naftalan, Daşkəsən, Naxçıvan, Culfa, Şərur, Şabranda 1-3 mm-dək qeydə alınıb.

Bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Oğuzda 21, Daşkəsən, Bərdə, Şəkidə 20, Goranboyda 19, Naftalan, Tərtərdə 18 m/s-dək güclənir.

Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı
İsmayıllıda 28 yaşlı kişi bıçaq xəsarəti alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisindəki kafedə qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, bıçaqlanma kafedə hesabın ödənilməsi üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir - Fotolar
23-25 noyabr tarixlərində Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə Çin ədliyyə naziri He Ronq arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpinin səyləri və siyasi iradələri sayəsində iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, siyasi dialoqun yüksək səviyyəsi müxtəlif sahələrdə, o cümlədən hüquq və ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Həmçinin gələn il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin tamam olacağı diqqətə çatdırılıb.

Fərid Əhmədov Azərbaycan ilə Çin arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edərək, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əlaqələrin daha da inkişafına xidmət etdiyini bildirib.

Görüşdə iki ölkə arasında geniş müqavilə-hüquq bazasının formalaşdığı və imzalanmış sənədlərin uğurla icra olunduğu vurğulanıb. Bu çərçivədə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi sahələrində mövcud müqavilələrin əhəmiyyəti qeyd olunub.

Görüşün sonunda Azərbaycan Ədliyyə Nazirliyi ilə Çin Ədliyyə Nazirliyi arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə 2027–2029-cu illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb. Əməkdaşlıq Proqramı əsasında beynəlxalq əməkdaşlıq, notariat fəaliyyəti, ədliyyə sahəsində rəqəmsallaşma, hüquqşünasların tədrisi və penitensiar sahə üzrə təcrübə mübadiləsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyəti səfər zamanı Pekin Hüquqi Yardım Mərkəzinə və Çin Ali Xalq Məhkəməsinin qərargahında fəaliyyət göstərən “Ağıllı Məhkəmə” laboratoriyasına baş çəkib.

MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
Bakıda Harvard Universitetinin professoru Endryu Storinin rəhbərliyi ilə 100-dən çox dövlət qurumu rəhbərinin iştirak etdiyi süni intellekt üzrə beynəlxalq təlim proqramı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, proqram AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunub.

16–19 noyabr 2026-cı il tarixlərində iki qrup üzrə keçirilən “Süni intellekt agentləri dövründə dövlət idarəçiliyində liderlik” (Public Leadership in the Age of Agentic AI) proqramı müxtəlif nazirlik və dövlət qurumlarının rəhbər heyətini bir araya gətirib.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası çərçivəsində, Tədbirlər Planının 8.3.1-ci bəndinə uyğun olaraq həyata keçirilib.

Proqramda əsas diqqət süni intellektin dövlət idarəçiliyində tətbiqi üçün zəruri olan strateji və praktiki idarəetmə bacarıqlarına yönəldilib. İştirakçılar real idarəetmə ssenariləri və praktiki tapşırıqlar əsasında təmsil etdikləri qurumların süni intellektə hazırlığının qiymətləndirilməsi, tətbiq imkanlarının müəyyənləşdirilməsi və müvafiq yol xəritələrinin hazırlanması üzrə yanaşmaları nəzərdən keçiriblər.

Təlimlərdə süni intellekt agentləri vasitəsilə iş proseslərinin avtomatlaşdırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və texnoloji həllərin effektivliyinin ölçülməsi məsələləri əhatə olunub. İştirakçılar süni intellekt layihələrinin nəticələrinin və ictimai faydasının qiymətləndirilməsi, eləcə də texnologiyaların təhlükəsiz və məsuliyyətli tətbiqinə dair beynəlxalq təcrübə ilə tanış olublar.

Harvard Universitetinin akademik təcrübəsinə əsaslanan proqram rəhbər heyətin texnoloji transformasiyaya liderlik etmək, təşkilati dəyişiklikləri idarə etmək və süni intellekt üzrə qərarları institusional prioritetlərlə əlaqələndirmək bacarıqlarının inkişafına yönəlib. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

MSİM-in növbəti prioriteti dövlət qurumlarında süni intellektin tətbiqinə hazırlığı gücləndirmək və əldə olunan biliklərin konkret idarəetmə təşəbbüslərinə çevrilməsini dəstəkləməkdir.

AZAL “Sərfəli Cümə” kampaniyası elan edir
“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Sərfəli Cümə” kampaniyasını elan edir.

“Qafqazinfo” xəbər verir ki, 25-30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər.

Həmçinin “AZAL Miles” müştəriləri mobil tətbiq üzərindən millərlə bilet aldıqda “BLUEFRIDAY” promokodu ilə 35%-dək endirim qazana bilərlər.

Dekabrda bayram ab-havasını başqa bir şəhərdə yaşamaq, qış mövzsümündə yaxınları ziyarət etmək və və ya yazın ilk səyahətini planlaşdırmaq istəyən sərnişinlər bu fürsətdən yararlana bilərlər.

Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:

- 1–20 dekabr 2026-cı il

- 10 yanvar – 28 fevral 2027-ci il

- 1–30 aprel 2027-ci il

Endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılı olaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur. Vergilər və digər yığımlar endirimə daxil deyil. Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.

Aviabiletləri azal.az saytından, Azərbaycan Hava Yollarının mobil tətbiqindən, həmçinin bilet kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Külək Gəncədə fəsadlar törətdi - Foto
Gəncədə səhər saatlarından başlayan güclü külək və yağışlı hava bir sıra fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin İsmət Qayıbov küçəsində ağac qırılaraq “VAZ 21011” və “Chevrolet” markalı avtomobillərin üzərinə aşıb.

Hadisə zamanı yaxınlıqdakı evə və mağazaya da zərər dəyib. Ağacların aşması Gəncənin digər ərazilərində də müşahidə olunub.

Hazırda Gəncə şəhərində külək və yağışla müşahidə olunan hava şəraiti davam edir.

Yunus Quliyev