Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

10 Ara 15:40Cəmiyyət

Dünya Bankı ilə birgə layihə üzrə artıq 5 mindən çox şəxs üçün kiçik bizneslər qurulub

“Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə Dünya Bankının missiyası ilə görüşdə layihənin icrası və digər istiqamətlərdə görülən birgə işlər və gələcək əməkdaşlıq müzakirə olunub, layihənin icrası işlərinin uğurla davam etdiyi bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünüməşğulluq proqramının genişləndirilməsində “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyətini qeyd edib. 2020-2025-ci illəri əhatə edən layihənin 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatının yaradılması, eləcə də məşğulluq xidmətləri və proqramlarının təkmilləşdirilməsinə dəstək verilməsi məqsədi daşıdığı vurğulanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə üzrə artıq 8 minə yaxın şəxs biznes təlimlərə cəlb edildiyi və onlardan 700 nəfərdən çoxu şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olduğu qeyd olunub. Həmçinin 2400-dən çox qadın həmin təlimlərdə iştirak edib.

Layihə üzrə artıq 5042 şəxsə müdafiə etdikləri biznes planlara uyğun aktivlər verilməklə onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər qurulub. Hazırda da həmin proses davam edir. Layihədə gənclərə də üstünlük verilir və 2,1 mindən çox gənc layihə üzrə təlimlərə cəlb olunub. Görüşdə Dünya Bankının sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, proqram rəhbəri Ahmet Levent Yener və missiyanın digər üzvləri ilə layihənin icrası işləri və bu sahədə görüləcək işlər müzakirə olunub.

Layihənin “Məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi komponenti” çərçivəsində aparılmış işlər nəzərdən keçirilib. Sosial xidmətlər, sosial yardım, əlilliyin qiymətləndirilməsi sistemlərinin təkmilləşdirilməsi, müvafiq sorğuların keçirilməsi və s. sahələrdə həyata keçirilən əməkdaşlığa və gələcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin