Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
14 Şub 19:07Cəmiyyət
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində indiyədək 5366 şəxsə aktivlər verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində bu günədək 5366 işsiz şəxsə aktivlər verilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış əlilliyi olanlar, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digər həssas qruplara aid şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə çıxışına şərait yaradılmasıdır.
Bu ilin ötən dövründə proqrama daha 318 nəfər cəlb olunub. Layihəyə cəlb olunanlar əvvəlcə təlimlərdə iştirak edir və təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edənlər avadanlıqlarla təmin olunurlar.
Layihə üzrə 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.