Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
03 Şub 15:54Cəmiyyət
Ağalı kəndinin 100 sakini aktiv məşğulluq proqramları ilə əhatə olunub
Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin məşğulluğuna dəstək göstərilməsi işləri davam edir.
“Böyük Qayıdış”ın ilk iştirakçıları olan Ağalı kənd sakinlərindən artıq 100 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 69 nəfəri agentliyin dəstəyi ilə işlə təmin olunub və daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər aparılır. Həmçinin kənddə artıq 10 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilərək kiçik təsərrüfatlar yaradılıb.
Kənd sakinlərindən 21 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
Həm işsiz şəxslərə, həm işəgötürənlərə dəstək məqsədi daşıyan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı Ağalı kəndində də icra olunur. Bir qrup kənd sakini həmin proqrama cəlb olunub və onların əməkhaqlarının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.