Xəbər Lenti
Bugün, 07:01
Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Dün, 05:09
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
19-01-2026, 17:40
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
19-01-2026, 16:22
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
19-01-2026, 07:46
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
29 Ara 06:30Cəmiyyət
Ruhu göylərdə dolaşan Şamil
İki ildir ki, yanvar ayı yaxınlaşanda Şamilin iyi burnuma gəlir və çıxıb həyətdə üzümü göylərə tutub onu axtarıram. Mənə elə gəlir ki, oğlum haradasa səmalara, göylərə çəkilib və onun ruhu haradasa oralarda dolaşır...
Vətən müharibəsi şəhidi Şamil Hüseynlinin anası Sevil Hüseynova bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Yaşasaydı, indi 30 yaşı olacaqdı...
“Mənim oğlum həmişə 27 yaşında qalacaq, heç vaxt böyüməyəcək, artmayacaq, yaşa dolmayacaq. Həmişə də subay qalacaq...”.
Sevil xanım “Cəbrayılın azad olunmasına görə,” “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunan oğlu Şamili belə xatırlayır, belə vəsf edir.
Sentyabrın 28-də Şamilə çağırış vərəqəsi gəlib. Bir gün sonra onun səsi artıq döyüş bölgəsindən eşidilib.
Ana bir daha həmin ağır günləri yada salıb: “Hər dəfə telefonla danışanda bizi sakitləşdirməyə çalışırdı. Elə danışırdı ki, hər an odun-alovun içində ölümlə üz-üzə gələn o deyil. “Ana, burada tam sakitlik, əmin-amanlıqdır, nigarançılıq üçün heç bir əsas yoxdur. Bircə nigaranlığım var, o da səninlə əlaqədardır. İstəyirəm heç nəyi ürəyinə salmayasan, istəyirəm heç nəyin fikrini çəkməyəsən...”.
2020-ci il noyabrın 3-də Qubadlının erməni işğalçılarından azad edilməsi zamanı şəhidlik zirvəsinə yüksələn Şamil indi anası üçün əbədi ağrıya, ağıya və iftixar və qürur mənbəyinə çevrilib.
“Balam məni hər yerdə urvatlı, başı uca edib. Onun keçdiyi döyüş yolu, igidliyi, cəsurluğu ilə fəxr edirəm. Ailəmiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Hara, nə üçün müraciət etmişiksə, “yox” cavabı almamışıq. Həmişə də qapımız döyülüb, hamıdan hörmət, ehtiram və diqqət görmüşük. Bunlar hamısı Şamilə görədir”,- deyə Sevil Hüseynova əlavə edib.
Yanvarın 8-i Şamilin ad günüdür. Sevil xanımın gözləri yenə göyləri dolaşacaq, balasının əziz ruhunu göylərdə axtaracaq...