Xəbər Lenti
Bugün, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Bugün, 08:18
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
31-01-2026, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
31-01-2026, 09:27
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
30-01-2026, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
30-01-2026, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
30-01-2026, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
30-01-2026, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
05 Ock 23:32Cəmiyyət
® Veysəloğlu Şirkətlər Qrupu “YAŞAT” Fonduna 30,000 manat ianə edib VİDEO
İanə “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisindən əldə edilən vəsait hesabına olunub
Veysəloğlu Şirkətlər Qrupunun, QGallery Rəsm Qalereyasının təşkilatçılığı və “YAŞAT” Fondunun, Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı ilə ənənəvi olaraq, “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisi keçirilib. Zəfər Gününə həsr edilən sərgidə ictimai xadimlər, xalq rəssamları, əməkdar rəssamlar, sənətşünaslar, qəhrəmanlara və onların ailələrinə maddi və mənəvi dəstək olmaq istəyən insanlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədrinin birinci müavini Səlhab Məmmədov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və Əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva sərginin keçirilmə məqsədi barədə məlumat veriblər. Bildirilib ki, sərginin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və canından keçmiş hərbçilərə və onların ailələrinə maddi və mənəvi dəstək olmaqdır.
Sərgidə 33 tanınmış və gənc rəssamın ümumilikdə 40 əsəri nümayiş olunub. Rəsm əsərlərinin satışından əldə edilən vəsaitin 70 faizi “YAŞAT” Fonduna ianə edilib, 30 faizi isə rəsm əsərlərinin müəlliflərinə təqdim edilib.
Veysəloğlu Şirkətlər Qrupu şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqətlə yanaşır. Şirkətlər Qrupu bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə sovqatlar çatdırır. Cəmiyyət üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfələrindən biridir.