Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
14 Mrt 18:57Mədəniyyət
Xalq rəssamı Ağaəli İbrahimov: Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı sərgilər açılacaq
Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu, biz rəssamlar üçün də gözəl bir fürsət yaradır ki, Ümummilli Liderə həsr olunmuş sərgilər təşkil edək. Bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı sərgilər xüsusən diqqətimizdədir. Ulu Öndərlə bağlı tədbirlərimiz, sərgilərimiz ilboyu davam edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov deyib.
Xalq rəssamı bildirib ki, cari ilin yanvar ayından başlayaraq Azərbaycan Rəssamlar İttifaqında möhtəşəm rəsm sərgiləri açılıb və hər il belə sərgilər davamlı olaraq keçirilir. Bura Beynəlxalq Gənclər Gününə həsr olunan sərgiləri də aid etmək olar. Belə sərgilərdə iştirak edən ən istedadlı gənc rəssamları İttifaqda olan gənclər bölməsinin tərkibinə qəbul edirik. Eyni zamanda çox böyük təntənə ilə “Şuşa” sərgimizi açdıq. Hər il biz Qarabağ, Xocalı mövzusunda da sərgilər təşkil edirik. Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Şuşa” sərgisində 500-dən çox əsər nümayiş etdirildi. Sərgidə istənilən yaş qrupundan olan insanlar iştirak edirdi. Bundan əlavə, biz Xocalı sərgisini də açdıq.
“Azərbaycan Rəssamlar İttifaqı 30 ildən artıqdır ki, Novruz bayramı ərəfəsində sağlamlıq imkanları məhdud uşaqların əsərlərindən ibarət sərgi açır və onları həvəsləndirməkdən ötrü həmin rəsmləri alır. Eyni zamanda, uşaq evlərinə gedib oraya əsərlər bağışlayırıq. Bildiyiniz kimi, İçərişəhərdə Xalq rəssamı Əzim Əzimzadənin heykəli var, biz onun yanında mütəmadi olaraq balaca uşaqların sərgisini açırıq və elə orada uşaqlar rəsmlər çəkib sərgiləyirlər. Buna görə də onlara həvəsləndirici mükafatlar veririk. Daha sonra hər il Azərbaycan Rəssamlar İttifaqında açılan “İlin ən yaxşı əsəri” sərgisi üzrə bir nəfər rəssam mükafatlandırılır. Biz fərdi sərgilərə də yer ayırırıq. Bundan əlavə demək olar ki, hər ay ən azı 2-3 sərgi Xətai Sənət Mərkəzində açırıq. Beləcə davamlı olaraq bir-birinin ardınca rəsm sərgiləri təşkil edirik”, -deyə A.İbrahimov qeyd edib.