Xəbər Lenti
15-06-2026, 15:44
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15-06-2026, 11:49
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
15-06-2026, 08:36
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
14-06-2026, 12:48
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
14-06-2026, 11:59
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Xəzər rayonunda YAP-ın 30 illiyi qeyd olundu

Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
“Zirə Eko Park” Mədəniyyət mərkəzinin konfrans zalında keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra YAP-ın yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan YAP-ın uğurlarının təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun olduğunu bildirib. Vurğulayıb ki, YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da böyük nailiyyətlərə imza atacaq.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup fəala fəxri fərman, partiya sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.























































