Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
19 Ağu 12:07Manşet / Şou-biznes
İstanbulda milyarderin toyunda çıxış etdilər - Fotolar

İstanbulda rusiyalı milyarder, “inDrive” xidmətinin yaradıcısı Arsen Tomskinin nikah mərasimi keçirilib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı milyarder 37 yaşlı qazaxıstanlı sahibkar Kamila Lukpanova ilə ailə həyatı qurub.
Beşulduzlu hotellərdən birində baş tutan mərasimin aparıcısı qismində tanınmış teleaparıcı İvan Urqant, müğənni qismində isə Valeri Meladze iştirak ediblər.
Xatırladaq ki, hazırda İvan Urqant Rusiyada yaşasa da, öz layihəsi ilə dünya üzrə qastrol səfərləri keçirir və özəl tədbirlərdə iştirak edir. Valeri Meladze isə bir neçə il əvvəl ailəsi ilə birlikdə İspaniyaya köçüb. İfaçı artıq Rusiyada səhnəyə çıxmır, lakin Avropa və MDB ölkələrində konsert proqramları ilə çıxış edir.

























































