Menu
Xəbər Lenti
Avqustun 28-də Ay tutulacaq
17-08-2026, 09:25

Avqustun 28-də Ay tutulacaq

Kafedra rəhbəri vəfat etdi
15-08-2026, 08:32

Kafedra rəhbəri vəfat etdi

19 Ağu 12:03Manşet / Mədəniyyət

Nazirlikdən Laçındakı “Simurq” kitabxanasının bağlanması ilə bağlı - Açıqlama

nazirlikden-lacindaki-simurq-kitabxanasinin-baglanmasi-ile-bagli

“Bəzi insanlarda Laçındakı “Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb. Sanki söhbət dövlətin açdığı kitabxanadan gedir. Amma əslində bu, özəl şəkildə yaradılmış kitabxanadır”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib.

“Biz dövlət qurumu olaraq təbii ki, belə təşəbbüsləri və fəaliyyətləri dəstəkləyirik. Bu dəstək çərçivəsində “Simurq” kitabxanasının bütün kitab fondu Mədəniyyət Nazirliyi tərəfindən təmin edilib. Mədəniyyət Nazirliyinin özəl kitabxanalarla münasibətdə qanunvericiliyin imkan verdiyi dəstək mexanizmlərindən biri kitabxana fondunun zənginləşdirilməsidir. Biz “Simurq” kitabxanası – kitabxanamı deyək, kitab köşkümü, kitab rəfimi deyək – açıldığı gündən maksimum dərəcədə dəstək göstərmişik. “Simurq” adlı kitabxana ilə bağlı məsələni də bütün bu proseslərin ümumi mənzərəsi fonunda düzgün təhlil etmək lazımdır”, - nazir müavini bildirib.

Qeyd edək ki, 2 il əvvəl Bakı Abadlıq Xidmətinin nəzdində yaradılan kitabxana ötən həftədən fəaliyyətini dayandırıb. Xidmətdən bildirilib ki, kitabxananın yaradılmasına və uzun müddət fəaliyyət göstərməsinə dəstək verməklə bu təşəbbüslə bağlı üzərinə düşəni yerinə yetiriblər. Bundan sonrakı mərhələdə kitabxananın fəaliyyətinin davam etdirilməsi və ya fondunun harada saxlanılması isə artıq aidiyyəti dövlət qurumlarının səlahiyyətində olan məsələdir.