Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

08 Şub 15:31Mədəniyyət

“Kitabxana veb-saytlarında təhlükəsizliyin təmin olunması” adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Beynəlxalq İnternet Təhlükəsizliyi Günü ilə bağlı “Kitabxana vebsaytlarında təhlükəsizliyin təmin olunması” adlı tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə internet təhlükəsizliyi, kitabxana veb-saytlarında təhlükəsizliyin təmin olunması, uşaq və yeniyetmələrin sosial mediadan düzgün istifadə qaydaları, saxta xəbərlərin yayılması təhlükəsi və qarşısının alınması mövzularında çıxışlar olub.

Sonra mövzu ilə bağlı videoçarxlar təqdim olunub və mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb.