Menu
Xəbər Lenti
Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 10:55

Sabah 36 dərəcə isti olacaq

22 Ağu 11:16Manşet / İqtisadiyyat

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərildi

azerbaycandan-tranzit-kecmekle-ermenistana-novbeti-yuk-gonderildi

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.