Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

14 Şub 18:22Mədəniyyət

Gənclər Kitabxanasının əməkdaşları Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar materiallar hazırlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar hazırladıqları materialları virtual rejimdə istifadəçilərə təqdim ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda mütaliənin, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində olan əvəzsiz rolundan, faydalarından bəhs edilir. Videoçarxda Kitab Bağışlama Gününün tarixi, məqsədi, qeyd edildiyi dünya ölkələri haqqında geniş məlumat verilir, bu günün kifayət qədər müasir və gənc bayram olduğu qeyd edilir. Materiallarda, həmçinin Gənclər Kitabxanasında mütaliə ilə əlaqədar keçirilən tədbir, aksiya və görüşlərdən fotolar da nümayiş olunur.