Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Lənkəranda Gənclər Günü ilə əlaqədar gənclər üçün əyləncəli proqram təşkil edilib
Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər həftəsi” çərçivəsində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə gənclər üçün əyləncəli proqram təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Ümumrayon tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəranlı gəncləri əlamətdar gün münasibətilə təbrik edən şəhər gənclər və idman idarəsinin rəis müavini Yusif Xamiyev deyib: “Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir”.
Tədbirdə gənclərin bir qrupuna fəxri fərman və hədiyyələr təqdim olunub
Ümumrayon tədbiri musiqili-əyləncəli proqramla davam edib.