Xəbər Lenti
Bugün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
13 Ock 16:01Cəmiyyət
Deputat: Azərbaycanda insan amilinə verilən dəyər öz aktuallığını qoruyur
2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən Prezident seçilən İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, dövlətimizin başçısı tərəfində ardıcıl olaraq imzalanan fərman və sərəncamlar ötən dövrdə Azərbaycanın sosial inkişafı istiqamətində çox mühüm irəliləyişləri təmin edib. Görülən işlər, reallaşdırılan layihələr Azərbaycanın daha da güclənməsinə, daha da qüdrətli dövlətə çevrilməsinə, vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına səbəb olub. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı sosial islahatların məntiqi nəticələridir.
Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında söyləyib.
Deputat qeyd edib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan amilinə verilən dəyər bütün dövrlərdə öz aktuallığını qoruyub. Hər zaman insanların sosial rifah halının gücləndirilməsini prioritet vəzifə hesab edən dövlətimizin başçısı bu istiqamətdə mühüm addımlar atır. Prezident İlham Əliyevin yanvarın 13-də imzaladığı fərman və sərəncamlar bu siyasətin davamlı olduğunu bir daha təsdiqlədi. Bu, 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və başqalarına yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir.
Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketinin reallaşdığını diqqətə çatdıran Vüqar İskəndərov deyib ki, yeni fərman və sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılması təmin edilir. Həmçinin 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Bu fakt Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin vətəndaşların sosial rifah halının gücləndirilməsini, o cümlədən yuxarıda sadalanan kateqoriyadan olanların daim diqqətdə saxlanmasını bir nömrəli vəzifə kimi öndə tutduğunun növbəti bariz nümunəsidir. Məlumat üçün qeyd edim ki, müvafiq fərmanlara əsasən, şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 600, müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 və 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manata çatdırılır.