Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
12 Şub 22:43Cəmiyyət
Mütəmadi artımlar nəticəsində Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan arasında ilk yerdədir
Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi, pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin davam etdirilməsi 2023-cü ildə də prioritet olmaqda qalmaqdadır. Prezident İlham Əliyevin 2023-cü ilin ilk həftəsində sosial paketin dərinləşməsi ilə bağlı yeni sərəncamların imzalaması və minimum əməkhaqqının, pensiya, təqaüd və digər istiqamətlərdə artımın qeydə alınması ondan xəbər verir ki, Azərbaycan üçün sosial müdafiə sisteminin daha da təkmilləşdirilməsi və bütövlükdə büdcədən sosial istiqamətlər üçün vəsaitlərin ayrılması 2023-cü ildə də əsas hədəflər sırasındadır.
Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat xatırladıb ki, bütövlükdə 2023-cü ilin dövlət büdcəsindən sosial istiqamətə 15,2 milyard manat vəsait ayrılacaq: “Bu, büdcə xərclərinin təxminən 46 faizi deməkdir. Həm də o deməkdir ki, 2023-cü ildə büdcədən ayrılan hər 2 manatın təxminən 1 manatı sosial istiqamətə yönəldiləcək. Təbii ki, sosial paketdə pensiyaçıların sosial təminatının gücləndirilməsi əsas istiqamətlərdən biridir. Bir tərəfdən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər, digər tərəfdən vahid indeksasiya mexanizminin tətbiq edilməsi pensiya məbləğləri və artımlardan daha çox vətəndaşlarımızın istifadə etməsinə şərait yaratdı. Çünki nəticə etibarilə artımla, xüsusən vahid indeksasiya metoduna keçid nəticəsində artımlar bütün növ əmək pensiyası alanları əhatə edir”.
Vüqar Bayramov hesab edir ki, minimum pensiyada son illər 2,5 dəfə artımın qeydə alınması, mütəmadi olaraq minimum pensiyalarda olan artımların həyata keçirilməsi nəticəsində Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və
Gürcüstan üzrə sıralamada ilk yerini qoruyub saxlaya bilib: “Digər səbəb davamlı artımların həyata keçirilməsidir, çünki dövlətimizin başçısı da qeyd etdiyi kimi, əsas məqsəd ondan ibarətdir ki, artımlar davamlı olsun və növbəti illərdə də fərqli istiqamətdə sosial proqramların həyata keçirilməsinin nəzərdə tutulmasıdır. Bütün bunlar ondan xəbər verir ki, pensiyaçıların sosial təminatının gücləndirilməsi ilə bağlı fəaliyyətlər növbəti illərdə də davam edəcək və bütün bunlar Azərbaycanın MDB-də alıcılıq qabiliyyəti nəzərə almaqla pensiya məbləği baxımından mövqeyinin qorunub saxlanmasına və daha öndə olmasına imkan yaradır. Bu, bir daha təsdiq edir ki, bütövlükdə sosial təminat eləcə də pensiyaçılarımızın sosial təminatının gücləndirilməsi Azərbaycan üçün prioritetdir və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas hədəfi məhz vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edir”.