Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

01 Ağu 17:46Manşet / Gündəm / Sosial

Yardımlı rayonunun Mirimli kəndində şəhidlərin xatirəsi anıldı

Yardımlı rayonunun Mirimli kəndində şəhidlərin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir ictimai fəal İqamət Əkbərovun təşkilatçılığı ilə baş tutub.
Anım mərasimində şəhid ailələri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edərək Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad ediblər. Çıxışlarda şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub, onların xatirəsinin daim uca tutulacağı vurğulanıb.
Qeyd edək ki, İqamət Əkbərov bundan əvvəl də Yardımlı və ətraf rayonlarda şəhidlərə həsr olunmuş çoxsaylı anım tədbirlərinin təşkilatçısı olub və bu istiqamətdə fəaliyyətini davam etdirir.
Tədbir iştirakçıları şəhidlərimizin ruhuna dualar oxuyaraq onların əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

İfadetv.info










Fərid