Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

11 Şub 15:43Cəmiyyət

Vüqar Bayramov: Sosial paketin daha da dərinləşməsi müşahidə edilir

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam pensiyaçıların sosial təminatının yaxşılaşdırılması baxımından yeni bir addımdır.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Sərəncama əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcəyini deyən deputat, eyni zamanda, ötənilki inflyasiya dərəcəsinə uyğun pensiya kapitalı məbləğlərinin indeksləşdiriləcəyini də qeyd edib. O xatırladıb ki, bütün növ əmək pensiyaları bu ildən etibarən 14.7 faiz, pensiya kapitalı isə 13,9 faiz artırılacaq. “Pensiya kapitalındakı artım həmin məbləğin inflyasiyadan qorumaq məqsədi daşıyır”, - deyib.

O bildirib ki, 2023-cü ildən etibarən sosial paketin daha da dərinləşməsi müşahidə edilir. “Praktik olaraq indeksləşmə ilə bağlı Sərəncam 1 milyon 100 mindən artıq vətəndaşı əhatə edəcək. Bu bütün növ əmək pensiyalarının indeksləşməsi mənasına gəlir. Eyni zamanda vahid indeksasiya mexanizminin tətbiq edilməsi əvvəlki illərdə pensiyaları indeksləşdirilməyən təxminən 99 min vətəndaşımızın bu ildən pensiya məbləğinin artırılmasına səbəb olacaq”.

Pensiyaların 2022-ci ilin orta əmək haqqındakı artım faizinə uyğun hesablandığını qeyd edən deputat: “Bu Sərəncam vasitəsilə bütün növ əmək pensiyalarında artımlar müşahidə ediləcək. Artıq pensiyaçılar fevral ayında yanvar ayının artımı ilə birlikdə pensiyalarını almaq imkanına malik olacaqlar. Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, artım yanvar ayından hesablanacaq və fevral ayında vətəndaşlara ödəniləcək”,- deyə bildirib.