Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
13 Mrt 17:56Dünya
Səudiyyə Ərəbistanının naziri: İranla ciddi fikir ayrılıqları həllini tapmayıb
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan deyib ki, İranla diplomatik əlaqələrin bərpası üzrə razılaşma ixtilafları kommunikasiya və dialoq yolu ilə həll etmək sahəsində qarşılıqlı istəyi təsdiqləyir, lakin bu, iki ölkə arasındakı bütün fikir ayrılıqlarının həll edilməsi anlamına gəlmir.
AZƏRTAC xəbər verir ki, şahzadə Feysəl bin Fərhan Səudiyyə Ərəbistanının “Al Şarq Al Avsat” qəzetinə müsahibəsində Tehranla yeddi ilə yaxın davam edən gərginliyin azaldığını, yaxın vaxtlarda qarşılıqlı səfərlərin təşkil ediləcəyini deyib. O, eyni zamanda, İranla ciddi fikir ayrılıqları olduğunu da diqqətə çatdırıb: “Biz Krallıqda ümid edirik ki, İranla münasibətlərdə yeni səhifə açılacaq. Tehranın nüvə imkanlarını davamlı şəkildə inkişaf etdirməsinə gəlincə, bu, şübhəsiz ki, bizdə böyük narahatlıq doğurur. Biz Körfəz regionu və Yaxın Şərqin kütləvi qırğın silahlarından azad olması çağırışımızı təkrar edir, İranı nüvə öhdəliklərinə sadiq qalmağa və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı gücləndirməyə çağırırıq. Bunu təmin etmək üçün müttəfiqlərimiz və dostlarımızla işləməyə davam edəcəyik”.
Səudiyyə Ərəbistanının naziri Çinin vasitəçiliyik rolundan danışaraq deyib: “Çinin hər iki tərəflə yaxşı əlaqələri var ki, bu, Krallığın qanuni narahatlığı fonunda danışıqlara töhfə verib. Ümid edirik ki, Pekinin vasitəçiliyi regionumuzda birgə yaşayışın və ortaq təhlükəsizliyin təmin edilməsinə kömək edəcək”.