Xəbər Lenti
Bugün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
24 Mrt 00:44Dünya
Cənubi Koreya KXDR-dən 80 milyon dollar borcun qaytarılmasını tələb edir
Cənubi Koreya 2007-ci ildə Şimali Koreyaya verilmiş sənaye xammalı materiallarına görə 80 miyon ABŞ dolları dəyərində bocrunun qaytarılmasını tələb edir.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın iki Koreya arasında məsələlərə cavabdeh olan Milli Birlik Nazirliyi əsas borcun və faizlərin ödəniş tarixinin martın 24-nə təsadüf etdiyini açıqlayıb. Bildirilir ki, iki ölkə arasında o zaman əldə olunmuş razılığa əsasən, Şimali Koreyanın yüngül sənayesinin inkişafı məqsədilə geyim, ayaqqabı kimi malların istehsalı üçün Seul Pxenyana kredit verib. Şimali Koreya kreditin qarşılığnda sink və digər minerallarla kompensasiya ödəməli idi. Nazirliyin məlumatına əsasən, Pxenyan 2007-ci və 2008-ci illərdə razılaşmaya əməl etsə də, ondan sonra heç bir ödəniş olmayıb.
Qeyd edək ki, 1950-1953-cu illərdəki Koreya müharibəsindən ötən dövrdə iki Koreya arasında münasibətlər enişli-yoxuşlu olub. Seul və Pxenyan arasında müxtəlif dövrlərdə siyasi münasibətlərdə müşahidə olunan yaxınlaşma fonunda iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq yaranıb. Amma son illər Şimali Koryeanın nüvə-raket fəaliyyətinin intensivləşməsi zəif olan əməkdaşlığın dayanmasına səbəb olub.